Beyin qanaması keçirərkən oxuduğu mahnı ilə gündəmdə – 27 illik qadağanı pozdu

Məşhur müğənni Ebru Gündəş 1999-cu ildə beyin qanaması keçirərkən oxuduğu mahnını 27 ildən sonra ilk dəfə canlı ifa etməsi ilə sosial mediada gündəm olub. Sənətçi 16 oktyabr 2026-cı ildə İstanbulun Volkswagen Arenasında “Birlikdə oxuyuruq” adlı konsert verib. O, 27 ildir konsertlərində səsləndirmədiyi “Dön ne olur” mahnısını canlı ifa edərək tamaşaçılarına həyəcanlı anlar yaşadıb. Qeyd edək ki, 1 dekabr 1999-cu ildə albomunun studiya təqdimatı zamanı kameralar qarşısında “Dön ne olur” mahnısını ifa edən sənətçi beyin qanaması keçirib. Bu hadisədən sonra Gündəş mahnını o