Azərbaycana gətirilən siqarların sayı 49 faiz azalsa da, idxalın dəyəri 46 faiz artıb. Satıcılar premium məhsullara marağın gücləndiyini, iqtisadçılar isə bu artımın istehlakçı sayından çox bazarın strukturundakı dəyişikliklərlə bağlı olduğunu bildirirlər.Ümumiyyətlə, ölkəyə siqar idxalında maraqlı mənzərə yaranıb. Gətirilən siqarların sayı azalsa da, onlara ödənilən vəsait çoxalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-iyul aylarında ölkəyə 745 min ABŞ dolları dəyərində 2.02 milyon ədəd siqar idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 46 faiz artım, kəmiyyət baxımından isə 49 faiz azalma deməkdir. İdxalın əsas istiqamətlərini Almaniya, Kuba, Dominikan Respublikası, Nikaraqua və Honduras təşkil edir. Bəs Azərbaycanda siqara maraq son dövrdə necə dəyişib?Oxu24.com mövzu ilə bağlı "Kaspi" qəzetinin reportajını təqdim edir:"Siqara maraq artır"Cigars.az-ın icraçı direktoru Tural İsmayılovun sözlərinə görə, son dövrdə Azərbaycanda siqarlara maraq artıb:"Xüsusilə siqarı həyat tərzi və premium təcrübənin bir hissəsi kimi qəbul edən müştərilərin sayında artım var. Seçimdə Kuba siqarları hələ də xüsusi yer tutur. Bununla yanaşı, Dominikan Respublikası və Nikaraqua mənşəli siqarlara da maraq var. Müştərilər artıq yalnız tanınmış markalara deyil, fərqli dad profillərinə və şəxsi zövqlərinə uyğun məhsullara da maraq göstərirlər. Siqar seçimində əsas amillər marka, keyfiyyət, mənşə ölkəsi və qiymətdir. Təcrübəli istifadəçilər daha çox tütünün keyfiyyətinə, dad profilinə, gücünə və ölçüsünə diqqət yetirirlər. Yeni başlayan müştərilər üçün isə marka və qiymət daha ön planda ola bilər".Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?12 manatdan 1300 manatadək…T.İsmayılovun fikrincə, qiymət baxımından bazarda geniş seçim mövcuddur. Həm orta qiymət seqmentinə, həm də premium və super-premium məhsullara tələbat var:"Son dövrdə daha yüksək qiymət seqmentində olan, keyfiyyətli məhsullara marağın artdığını müşahidə edirik. Qiymətlərin bir ədəd siqar üçün 12 manatdan başladığını və 1300 manatadək yüksəldiyini deyə bilərik".Bazar araşdırmasıBakıda araşdırılan məhsullar üzrə bir ədəd siqarın qiyməti təxminən 14 manatdan başlayaraq 135 manatadək yüksəlir. Nisbətən münasib qiymət seqmentində Kuba mənşəli "Quintero Favoritos" 14 manat, Nikaraqua mənşəli "Cusano Nicaragua Robusto" isə təxminən 16 manatdır. 20-35 manat aralığında da müxtəlif premium məhsullar təqdim olunur. Kuba mənşəli "H.Upmann Coronas Major" təxminən 24 manatdır. Daha yüksək qiymət seqmentində Nikaraqua mənşəli "AJ Fernandez" markasının müxtəlif modelləri 29-50 manat, "Aging Room" xəttinin bəzi məhsulları isə 48 manat civarında təklif olunur. "Villiger" markasının ayrı-ayrı modellərində qiymətlər 70-80 manata qədər yüksəlir. Kuba siqarlarında isə qiymət daha yüksəkdir. "Cohiba Siglo 2" təxminən 93 manat, "Cohiba Medio Siglo" isə 135 manat civarındadır.Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?İdxalın dəyəri niyə artır?İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, burada diqqət edilməli əsas məqam idxalın fiziki həcmi azaldığı halda, dəyərinin artmasıdır. Bu, bir ədəd siqarın orta idxal qiymətinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir:"Bu vəziyyət bazarda sadəcə qiymət artımından daha çox idxal olunan məhsulların strukturunda dəyişiklik ehtimalını gündəmə gətirir. Hesabat dövründə Almaniyadan idxal 1.17 milyon ədədə çatıb. Paralel olaraq Dominikan Respublikasından idxalın dəyəri yeddi dəfə, Nikaraquadan idxalın dəyəri isə 11 dəfə artıb. Digər tərəfdən Kubadan gətirilən siqarların həm dəyərində, həm də sayında azalma qeydə alınıb. Müxtəlif ölkələrdən gətirilən bu məhsulların qiymət və keyfiyyət səviyyəsi eyni deyil. Ona görə də müəyyən ölkələrin və ya daha yüksək qiymət seqmentində olan məhsulların idxalda payının artması ümumi dəyəri yüksəldə bilər. Məsələnin digər tərəfi isə odur ki, logistika, daşınma və digər idxal xərclərindəki dəyişikliklər də məhsulun son maya dəyərinə təsir göstərir".G.Hüseynova premium siqarlara marağın artması ehtimalını da istisna etmir:"İdxalın ölkələr üzrə strukturunda baş verən dəyişiklik müəyyən analizlər aparmağa imkan verir. Dominikan Respublikası və Nikaraqua kimi siqar istehsalı ilə tanınan ölkələrdən idxalın artması bazarda daha fərqli və nisbətən yüksək qiymətli məhsullara marağın yarandığını göstərir. Bu da istehlakçı seçimlərində dəyişiklik ehtimalını gündəmə gətirir. Həmçinin ölkəmizdə siqar bazarının tədricən daha çox çeşidlənən və premium məhsulların yer aldığı bazara çevrilməsi ehtimalını artırır".Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır?"İdxal artımı istehlakçı sayını göstərmir"İqtisadçı qeyd edir ki, idxal statistikasındakı artımı birbaşa siqar çəkənlərin sayının artması kimi qiymətləndirmək düzgün olmaz:"Siqardan istifadə edənlərin sayına dair ayrıca və dolğun statistika mövcud deyil. İdxalın dəyərinin artması istehlakçı sayının çoxalması ilə yanaşı, daha bahalı məhsulların idxalı, qiymət dəyişiklikləri və məhsul strukturunun dəyişməsi ilə də bağlı ola bilər. Hazırda bazarda siqarların qiymətləri məhsulun mənşəyindən, markasından və kateqoriyasından asılı olaraq geniş diapazonda dəyişir. Premium seqmentdə bir ədəd siqarın qiyməti adi tütün məhsulları ilə müqayisədə dəfələrlə yüksəkdir. Buna görə də say baxımından az miqdarda, lakin daha bahalı məhsulun idxalı ümumi idxal dəyərinin yüksəlməsinə ciddi təsir göstərə bilər".G.Hüseynovanın fikrincə, 2026-cı ilin ilk yeddi ayındakı statistikanı ölkəmizdə siqar bazarında kəmiyyət artımından daha çox, struktur dəyişiklikləri baxımından qiymətləndirmək olar:"Əsas məsələ siqarların sayının azalmasına baxmayaraq, idxalın dəyərinin yüksəlməsidir. Yəni mövcud rəqəmlər əsasında "siqar istehlakı kəskin artıb" nəticəsinə gəlməkdənsə, daha az sayda, lakin daha yüksək dəyərə malik məhsulların idxalının artdığını demək daha əsaslıdır. Bunun davamlı tendensiya olub-olmadığını isə ilin sonrakı aylarında və daha uzunmüddətli statistikada görmək mümkün olacaq".
Bu gün
200 xəbər bu gün
Çin alimləri siçanların təbii mühitə yaxın şəraitdə baş beynindəki neyronların fəaliyyətini tək hüceyrə səviyyəsində qeydə ala bilən simsiz mikroskop hazırlayıblar. "Airscope" adlandırılan cihaz Sinhua Universitetinin…
"OpenAI" "ChatGPT"yə dördrəqəmli PIN-kodla giriş məhdudlaşdırıla bilən qorunan çat funksiyasını tədricən tətbiq etməyə başlayıb. Bu barədə tərtibatçı şirkət məlumat yayıb. Belə yazışmalar adi tarixdən, bərkidilmiş…
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizəddirlər
Bütün dövrlərin ən yaxşı futbolçusu adına
Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər müvafiq beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb…
Balın təbii olub-olmadığını yoxlamaq üçün su ilə sınaq üsulu geniş yayılsa da, mütəxəssislər bunun elmi cəhətdən etibarlı olmadığını bildirirlər. Suya əlavə edilən balın səthində arı pətəyinə bənzər naxışların yaranması…
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Məlumata görə, müasir tələblərə…
ABŞ-nin sabiq baş prokuroru Robert Kennedinin nəvəsi və Prezident Con Kennedinin nəticəsi Kayli Frensis Kennedi 42 yaşında vəfat edib.
Ağ Ev hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin satışına qoyulmuş sanksiya məhdudiyyətlərini yumşaltmağa razılaşmasından və Kremlin maraqları naminə digər addımlar atmasından sonra Moskvada…
Подросток на квадроцикле устроил побег от полиции в российском Зеленограде. Как передает Day.Az со ссылкой на российские СМИ, юноша не стал реагировать на требование инспекторов остановиться. Сотрудники ГАИ зафиксировали…
ABŞ prezidenti Donald Trampın administrasiyasının hakimiyyətə gəldiyi gündən indiyədək 300 mindən çox vizanı ləğv etdiyi açıqlanıb
Böyük Britaniyanın ictimai yayım şirkəti BBC qarşıdakı iki il ərzində 500 milyon funt sterlinq qənaət etmək məqsədilə iki telekanalını və bir radio stansiyasını bağlayacağını, həmçinin əməkdaşlarının bir qismini işdən…
“Pentaqon ilk növbədə öz silahlı qüvvələrini tutucu raketlərlə təmin edir və Ukrayna Vaşinqtonun bu mövqeyindən xəbərdardır” Qətər və Pakistandan İranla bağlı - 6 milyard dollarlıq TƏKLİF
Doha ilə əlaqəli mənbələr vasitəçilərin ABŞ və İranda rezonans doğuran bir təkliflə çıxış etdiklərini qeyd ediblər: "Bu, Tehrana Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitləri üzrə faiz təmin etməyi…
Fransa parlamentinin yuxarı palatası (Senat) ölkənin keçmiş müstəmləkələrində köləliyi tənzimləyən XVII əsrə aid qanunvericilik aktının rəsmi ləğvini yekdilliklə dəstəkləyib.
Bakı. Trend: Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq parlament seçkilərinədək respublikaçı namizədləri dəstəkləmək üçün 400 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırdığını bildirib. O…
Finlandiya millisinin sabiq hücumçusu Teemu Pukki peşəkar futbolçu karyerasını başa vuracaq. Bu barədə 36 yaşlı futbolçunun son iki mövsümdə çıxış etdiyi HİK klubunun mətbuat xidməti məlumat yayıb. Bu il peşəkar futbolla
Böyük Britaniya hökuməti oktyabrın 21-də Şotlandiya sahillərindəki "Jackdaw" yatağının işlənməsini təsdiqlədikdən bir neçə həftə sonra Şimal dənizində qaz hasilatının səviyyəsi artacaq. Bu barədə "The Times" qəzeti…
Psixoloq Debora Makfeddenin sözlərinə görə, mübahisə zamanı işlədilən "boşanaq" ifadəsi evlilikdə etimadı sarsıda bilər. İnsan bunu əsəbi halda desə belə, qarşı tərəfdə münasibətin gələcəyi ilə bağlı şübhə və narahatlıq…
Bakı. Trend: “O, nə topla, nə də topsuz qaçırdı” — “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq çərşənbə axşamı bildirib ki, Kriştiano Ronaldo 2022-ci ildə “qırmızı şeytanlar”ın heyətində…
Bakı. Trend: Donald Tramp çərşənbə axşamı bildirib ki, rusiyalı həmkarı Vladimir Putindən Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habardın azad edilməsini istəyib. O, bununla bağlı məsələnin…
“Samsung” “Galaxy S27” seriyasını əvvəlki seriyadan daha tez, yanvar və ya fevralda tanıda bilər. Dəqiq tarix hələ bəlli deyil, lakin ən gec fevral ayı göstərilir. Telefonların texniki hissələri ilə bağlı qərarların çoxu…
ABŞ-də yaşayan 101 yaşlı Kennet Rem gənc nəslin nümayəndələrinə həyatla bağlı dəyərli tövsiyələr verib.
Bu əyalət Kanadanın tərkibində qalacaq - REFERENDUM
Referendumun ilkin nəticələrinə görə, bir milyondan bir qədər çox bülleten sayıldıqdan sonra Alberta əyaləti əhalisinin təxminən 76 faizi Kanadadan müstəqilliyin əleyhinə səs verib.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın yanacaq qiymətlərinin artması və ABŞ-də qarşıdan gələn aralıq seçkiləri ilə bağlı narahatlıqlarından onu öz tərəfinə çəkmək üçün istifadə edib. "The…
Подключение найденной флешки может подвергнуть компьютер опасности даже без открытия записанных на ней файлов. Об этом сообщает издание How-To Geek, передает Day.Az со ссылкой на Lenta.ru. Журналист медиа Дэвид Бак…
Təhlükəli asteroidlərin zərərsizləşdirilməsi üçün nüvə silahından istifadə effektiv üsullardan biri hesab oluna bilər.
"SpaceX" üçüncü rübdə gəlirini 14,6 milyard dollara qədər artırıb. "Financial Times" (FT) qəzeti bu barədə şirkətin hesabatına istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, şirkətin hazırkı göstəricisi 2025-ci ilin… Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlara başlamazdan əvvəl İrana qarşı sanksiyaları aradan qaldırmalı, təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib. O İran xalqının ABŞ-yə etibar etmədiyini və danışıqlar