Pakistanda güclü zəlzələ olub

Pakistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri təxminən 141 min nəfər əhalisi olan Xuzdar şəhərindən 46 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.