“20 Yanvar” metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib. Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların “20 Yanvar” dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır. Aparılan təhlillərə əsasən gələcəkdə adıçəkilən…