Gəncədə qanunsuz tikinti söküldü

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir. Növbəti monitorinq zamanı şəhərin Cavadxan qəsəbəsində, Ə. N. Gəncəvi küçəsində qanunsuz tikililər, N. Əhmədov küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb.