Ət yemək 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər

Çinli alimlərin araşdırmasına görə, 80 yaşdan yuxarı, çəkisi normadan az olan şəxslərdə müntəzəm ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalının artması ilə əlaqələndirilib. Tədqiqatda 5 203 nəfərin məlumatları təhlil edilib və bu əlaqənin əsasən qadınlarda müşahidə olunduğu müəyyənləşdirilib.