Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub olub

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirib.

Səfərdə Çexiya yığması ilə qarşılaşan komanda 1:2 hesabı ilə məğlub olub.

Qarşılaşma Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda digər rəqib Latviya yığmasıdır.