Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 saylı qərarından sonra Azərbaycanın ünvanına beynəlxalq mediada, o cümlədən Türkiyə və İran mediasında müxtəlif qərəzli hücumlar səsləndirilib. Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcudluğunu nəzərə alsaq, Türkiyədəki müəyyən marginal qrupların ölkəmizə qarşı kampaniya aparması gözlənilən olsa da, Türkiyə Prezidentinin müşavirinin Azərbaycana qarşı çıxış etməsi ciddi narahatlıq doğurur.Bunu Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Oxu24.com-a açıqlamasında bildirib.Deputat qeyd edib ki, baş verənlərə münasibət bildirərkən 309 saylı qərarın icrası ilə bağlı artıq addımların atıldığını və bu prosesin davam edəcəyini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin bu məsələyə necə yanaşmasından asılı olmayaraq, qərarın icrası istiqamətində tədbirlər görülür və görüləcək.Elşad Musayev vurğulayıb ki, bu addımlar Azərbaycana qarşı yönələ biləcək ciddi təxribat planlarının qarşısını almaq məqsədi daşıyır. Onun fikrincə, qonşu İran tərəfindən dindən bir vasitə kimi istifadə edilməklə Azərbaycanda müəyyən təxribatların törədilməsi halları olub, bu cür cəhdlər indi də mövcuddur və gələcəkdə də ola bilər. Buna görə də dövlət belə təhlükələrin qarşısını almaq üçün müvafiq addımlar atmalı idi.Deputat bildirib ki, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan da oxşar təhlükələrə qarşı müəyyən tədbirlər görüblər. Çünki həmin ölkələr üçün də Əfqanıstan istiqamətindən gələn təhlükələr mövcuddur.Elşad Musayev Türkiyədə Azərbaycanın qərarına qarşı səsləndirilən qərəzli fikirlərə də münasibət bildirib. O qeyd edib ki, hər bir dövlətin öz daxili işləri var və heç kəs başqa ölkənin daxili işlərinə qarışmamalıdır. Bu prinsip Azərbaycanın ətrafındakı bütün dövlətlərə, o cümlədən Türkiyəyə, İrana, Rusiyaya və digər ölkələrə aiddir.Onun sözlərinə görə, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışmır və tərəflər bir-birinin qərarlarına hörmətlə yanaşmalıdırlar.Deputat bu məqamda Türkiyədə hicabla bağlı müzakirələr aparan şəxslərin başqa ölkələrdə baş verən hadisələrə də diqqət yetirməli olduğunu bildirib. O, Əfqanıstanda qız uşaqlarının məktəbə getməsinə imkan verilməməsi məsələsini nümunə göstərərək sual edib ki, insan hüquqları ilə bağlı narahatlıq ifadə edənlər nə üçün belə hallara eyni həssaslıqla yanaşmırlar. Elşad Musayev Pakistan və digər ölkələrdəki vəziyyətin də bu baxımdan nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.Millət vəkili qeyd edib ki, Türkiyə cəmiyyətində də Azərbaycanda mövcud olan təhlükələri və ölkəmizin qərarlarının səbəblərini düzgün qiymətləndirməyən insanlar var. Onun fikrincə, prosesin bir istiqamətində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən marginal qüvvələr dayanır və bu qüvvələr müxtəlif dairələr tərəfindən dəstəklənir. Azərbaycan isə məsələyə təmkinlə yanaşsa da, zərurət yarandıqda öz mövqeyini ifadə etməli və cavab verməlidir.Elşad Musayev Türkiyə jurnalistlərindən birinin bu məsələ ilə bağlı çıxışına da diqqət çəkib. Deputatın sözlərinə görə, həmin jurnalist Azərbaycan məktəblərində hicabın qadağan edilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən maraqlı sual səsləndirib: “Adama deyərlər, sənə nə? Baş örtüyünü verirlər, vermirlər, sənə nə aidiyyəti var?”Deputat bildirib ki, həmin jurnalist Azərbaycanın daxili məsələlərinə müdaxilənin yolverilməzliyini vurğulayıb və belə bir müdaxilə Türkiyəyə qarşı edilsəydi, buna da etiraz göstəriləcəyini diqqətə çatdırıb.Onun fikrincə, Türkiyə və Azərbaycan cəmiyyətlərinin düşüncəsində müəyyən fərqlər var. Bununla belə, iki ölkə qardaş dövlətlərdir və Azərbaycan tərəfi münasibətlərdə təmkinli davranmağa çalışır. Elşad Musayev hesab edir ki, hazırkı gərginlik müvəqqəti xarakter daşıyır və tərəflər arasında yaranmış soyuqluğun aradan qalxması üçün imkanlar var.Deputat eyni zamanda vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik daha da dərinləşməlidir. Lakin Türkiyə cəmiyyətində və siyasi dairələrində hər kəs anlamalıdır ki, Azərbaycan heç kimin “kiçik qardaşı” olmaq niyyətində deyil.Elşad Musayev qeyd edib ki, vaxtilə Rusiya və İranın da Azərbaycanı özündən asılı və kiçik tərəfdaş kimi görmək istəyən yanaşmaları olub. Onun sözlərinə görə, Türkiyənin müəyyən dairələrində də Azərbaycana bu cür münasibət göstərilməsinə yol vermək olmaz. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etməyə, dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirməyə hazırdır.Millət vəkili Azərbaycanın Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini də xüsusi vurğulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Azərbaycanın da Türkiyəyə müxtəlif çətin dövrlərdə, o cümlədən zəlzələlər zamanı göstərdiyi yardım iki ölkə arasında qardaşlıq münasibətlərinin təzahürüdür.Elşad Musayevin sözlərinə görə, tarixən də Azərbaycanla Türkiyə arasında qarşılıqlı yardımlaşma ənənəsi mövcud olub. Atatürk dövründə Türkiyənin maliyyə və neftə ehtiyac duyduğu vaxtlarda göstərilən dəstək də bu münasibətlərin nümunələrindəndir. Deputat hesab edir ki, qarşılıqlı yardımlaşma normal qəbul edilməli, heç kim bu dəstəyi digər tərəfin üzərində üstünlük vasitəsinə çevirməməlidir.Sonda Elşad Musayev bildirib ki, mövcud fikir ayrılıqları Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə kölgə salmamalıdır. Əsas məqsəd qarşılıqlı hörməti qorumaq, dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilə etməmək, strateji müttəfiqliyi daha da möhkəmləndirməkdir.Turan Etibaroğlu
Bu gün
726 xəbər bu gün
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində ana və övladı xəsarət...
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım...
Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi açıqlama verilib. Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu...
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər".
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər.
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyaləti ərazisində "AH-6i" tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb.
Украина пока не получила доступ к военной спутниковой системе Starshield, которую запрашивала для нанесения ударов вглубь России, заявил госсекретарь США Марко Рубио. «Украина хочет получить... Gəncədə ağır qəza - Ana və övladları xəsarət aldılar
Messidən qol şousu - VİDEO
Türkiyə XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
"ABŞ və Kanada gec-tez ticarət sazişi imzalayacaq" - Tramp
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Magistral yolda “Mercedes” aşdı - 3 nəfər xəsarət aldı
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə Türkiyə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. "Qardaş Azərbaycanın müstəqilliyinin…
Litvanın Panevejis və Şaulyay bölgələrində mümkün pilotsuz uçuş aparatı təhlükəsi səbəbindən qırmızı hava həyəcanı elan olunub.
Qırğızıstan parlamentində oktyabrın 19-20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının iclası keçiriləcək.
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad...
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.
Pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan “Chelsea 3” ticarət gəmisi yedəklənərək Bolqarıstanın Burqas limanına çatdırılıb. Bu məlumatı Bolqarıstanın nəqliyyat və rabitə naziri Georgi Peev brifinq zamanı…
Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də…
Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. Tribuna.az xəbər verir ki, 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə…
Azərbaycan Prezidenti İlham Əliyevin gəlini Alyona Əliyeva Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili ilə bağlı paylaşım edib. O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bakıda qayınana gəlinini döyüb.Sfera.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr…
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanı təbrik edib. Bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib. "Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci…
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qardaş Azərbaycanın müstəqilliyinin…
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Fars" agentliyinə istinadən, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad…
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Day.Az Trend-ə istinadən bildirir ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin…
В Эдмонтоне (Канада) состоялся турнир UFC Fight Night 291, главным событием которого стал поединок в полусреднем весе между американцем Хоакином Бакли и канадцем Майком Мэлоттом. Как передает Day.Az со ссылкой на…
Международное энергетическое агентство (IEA) прогнозирует добычу нефти в Азербайджане без учета конденсата на уровне 440 тыс. баррелей в сутки в 2026 году, что на 6,4% меньше показателя 2025 года (470 тыс. баррелей в…
Azərbaycanda ödənişli avtomobil yollarının şəbəkəsi genişlənir. Hazırda Bakı-Quba-Rusiya sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa magistralları artıq bu sistemlə fəaliyyət göstərir. Sürücülərə daha sürətli, təhlükəsiz və rahat…
Fransanın Marsel şəhərində tələbələrin və dövlət sektoru işçilərinin kütləvi etiraz aksiyaları fonunda naməlum şəxslər Rolex və Louis Vuitton lüks brendlərinin butiklərini yararaq qarət ediblər. Mütəşəkkil etirazlar və…
Hindistanın Qvalior şəhərində Şitala Mata məbədinin yaxınlığında yük avtomobilinin dindarların toplaşdığı kütləyə çırpılması nəticəsində 12 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sürücünün…
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Dünyanın idman paytaxtı çərçivəsində növbəti silsilə tədbir uğurla baş tutub. Bakıda Zirvəyə birlikdə qalxaq adlı kütləvi yürüş təşkil olunub. 800 nəfərin qeydiyyatda
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
İğtişaş
Premyer Liqa
Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin…
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib…
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya təbii qazının Avropaya tədarükünün bərpası imkanını Rusiya-Ukrayna münaqişəsinin nizamlanması elementlərindən biri kimi nəzərdən keçirir. Amerikalı rəsmilər bu…