“Environmental Protection First” koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib.Oxu24.com müraciəti təqdim edir.COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi ikili standartdan başqa bir şey deyil.Əsl təbiətsevərlik ikili standartlardan, selektiv yanaşmadan və yalançı ekoloji təəssübkeşlikdən uzaq olmalıdır. Bu səbəbdən COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkləndirmə fəaliyyətini sorğulamağa çağırırıq.Ermənistandakı COP17 iştirakçılarını sammit zamanı mümkün olan hər fürsətdə bu məsələləri qaldırmağa səsləyirik:-Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: Onilliklər ərzində Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən və Emalı Zavodu tərəfindən atılan ağır metallar tərkibli zəhərli tullantılar Oxçuçayı ciddi şəkildə çirkləndirib. Bir vaxtlar canlı olan bu su hövzəsi zəhərli, pas rəngli kimyəvi bataqlığa çevrilib. Sözügedən bu ekoloji çirklənmə bu ərazilərdəki biomüxtəlifliyi, o cümlədən Ermənistandan qovulan Qərbi azərbaycanlıların tarixən məskunlaşdığı yaşayış məntəqələrinin təbiətini tamamilə məhv edərək bu insanların gələcəkdə ləyaqətlə öz dədə-baba yurdlarına qayıtmalarına da əngəl törədir;-Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində ətraf mühitin çirkləndirilməsi: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri Ermənistan tərəfindən işğal dövründə sistemli şəkildə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qalıb;-Azərbaycan sərhədi yaxınlığında təhlükəli sənaye layihələri: Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə, məsələn, Arazdəyəndə (Yerasx) ağır sənaye və metallurgiya layihələrini həyata keçirməyə çalışması sərhədyanı bölgədə məqsədli şəkildə ekoloji zərərli sənayenin yerləşdirilməsinin bir nümunəsidir;-Nəzarətsiz mədənçilik fəaliyyəti və çaylarının yuxarı axında çirklənməsi: Ermənistanda davam edən mədən əməliyyatları və zəhərli tullantıların demək olar ki təmizlənmədən sərhəd çaylarına axıdılması Azərbaycanın ekoloji tarazlığını, torpaq münbitliyini və su ehtiyatlarını təhdid edir;-Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb: Ermənistan BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində “ətraf mühitin qayğısına qalan dövlət” imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiətin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir.
Bu gün
696 xəbər bu gün
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qardaş Azərbaycanın müstəqilliyinin…
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Fars" agentliyinə istinadən, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad…
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Day.Az Trend-ə istinadən bildirir ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin…
В Эдмонтоне (Канада) состоялся турнир UFC Fight Night 291, главным событием которого стал поединок в полусреднем весе между американцем Хоакином Бакли и канадцем Майком Мэлоттом. Как передает Day.Az со ссылкой на…
Международное энергетическое агентство (IEA) прогнозирует добычу нефти в Азербайджане без учета конденсата на уровне 440 тыс. баррелей в сутки в 2026 году, что на 6,4% меньше показателя 2025 года (470 тыс. баррелей в…
İğtişaş
Premyer Liqa
Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin…
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib…
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya təbii qazının Avropaya tədarükünün bərpası imkanını Rusiya-Ukrayna münaqişəsinin nizamlanması elementlərindən biri kimi nəzərdən keçirir. Amerikalı rəsmilər bu…
Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin…
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq. Xəbər verir ki, son oyun günündə iki görüş kçiriləcək. "İmişli" Yevlaxda "Turan Tovuz"u qəbul edəcək. "Zirə" isə Gəncə səfərində "Kəpəz"in qonağı olacaq.
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib…
Представители национальной сборной боролись за третье место турнира.
Около 20 тыс. человек остались без света.
Azərbaycan Basketbol Liqasında III tura bu gün start veriləcək.Sfera.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq."Naxçıvan" "Gəncə" ilə, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək.Milli Gimnastika…
Azərbaycanda ödənişli avtomobil yollarının şəbəkəsi genişlənir. Hazırda Bakı-Quba-Rusiya sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa magistralları artıq bu sistemlə fəaliyyət göstərir. Sürücülərə daha sürətli, təhlükəsiz və rahat…
Misli Premyer Liqasında 8-ci tur davam edir. Turun mərkəzi matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Qeyd e
Şahdağ Milli Parkının İsmayıllı bölməsində yerləşən Qaranohur gölünün təbiəti hər payız fəslində olduğu kimi yenə də sehrə çevrilib. “Qafqazinfo” x
ABŞ-də Major League Soccer (MLS) çərçivəsində keçirilən qarşılaşmada "İnter Mayami" səfərdə "Atlanta Yunayted" üzərində 3:1 hesablı qələbə qazanıb. Matçın baş qəhrəmanı komandasının...
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq. Xəbər verir ki, son oyun günündə iki görüş kçiriləcək. "İmişli" Yevlaxda "Turan Tovuz"u qəbul edəcək. "Zirə" isə Gəncə... Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
Məşhur kahin Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən proqnozları yenidən gündəmə gəlib. Həmin iddialar arasında III Dünya müharibəsinin baş verməsi, Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma və Rusiyada…