Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır. Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.Deputat bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir. 15 oktyabr tarixdə Bakıda keçirilən və dünya əhalisinin təxminən yarısını, Asiyanın geniş coğrafiyasını təmsil və əhatə edən AQEM-in 7-ci Zirvə görüşündə bir sıra dövlət başçılarının səsləndirdiyi fikirlər və sədrliyimizin yekdilliklə 2028-ci ilədək uzadılması ilə bağlı qərar qəbul edilməsi liderimiz cənab İlham Əliyevə və dövlətimizə yüksək inam və etimadı nümayiş etdirir.Sammitdə xüsusilə iki məqam diqqət çəkdi: Laos Xalq Demokratik Respublikasının üzvlüyü ilə AQEM-in tərkibi genişləndi, Azərbaycanın sədrliyi daha iki il - 2028-ci ilədək uzadıldı.Zaur Şükürovun sözlərinə görə, qeyd edilməlidir ki, AQEM-in yaradılması ilə bağlı təşəbbüs 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Belə ki, soyuq müharibənin bitməsindən sonra Asiyada ATƏT-ə bənzər, lakin qitənin reallıqlarına uyğunlaşdırılmış ümumi təhlükəsizlik və etimad platformasına ehtiyac yaranmışdı. Qitədə çoxsaylı ikitərəfli ziddiyyətlərin, fərqli siyasi sistemlərin mövcudluğu, eyni zamanda regional təhlükəsizlik arxitekturasının olmaması belə bir platformanın təsis edilməsini gündəmə gətirmişdir.AQEM Asiyanın təxminən 90 faizini ərazi və 55-60 faizini əhali baxımından əhatə edən 28 üzv dövləti birləşdirirdi. Laosun qoşulması ilə üzvlərin sayı 29-a çatır. Platformada Azərbaycanla yanaşı, Çin, Hindistan, Rusiya, Pakistan, İran, Türkiyə, Cənubi Koreya, Vyetnam, Körfəz ölkələri, Mərkəzi Asiya dövlətləri təmsil olunur.AQEM ölkələrinin birgə ÜDM-i təxmini hesablamalara görə dünya iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir. Burada dünyanın ikinci və dördüncü böyük iqtisadiyyatları (Çin, Hindistan) ilə yanaşı, enerji ixrac edən Körfəz ölkələri, Rusiya və Qazaxıstan, texnoloji güc olan Cənubi Koreya və sürətlə böyüyən Cənub-Şərqi Asiya iqtisadiyyatları yer alır. Qlobal enerji ehtiyatlarının və nəqliyyat-logistika marşrutlarının böyük hissəsi də məhz bu məkandadır.Millət vəkili vurğulayıb ki, üzvlər arasında BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü (Çin və Rusiya) var. AQEM-də G20 üzvləri, İƏT və Qoşulmama Hərəkatının əsas ölkələri təmsil olunub. Bu isə, AQEM-ə Şərq–Qərb və Şimal–Cənub oxunda vacib əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.AQEM-in əhəmiyyətli xüsusiyyətlərindən biri qitədəki ayrı-ayrı blokların, məsələn ŞƏT-in, ASEAN-ın, Körfəz Əməkdaşlıq Şurasında iştirak edən dövlətlərin bir “masa” ətrafında toplanmasıdır. Prezident cənab İlham Əliyev AQEM Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara diqqət çəkdi. Münaqişələrin davam etdiyi və ciddi təhlükəsizlik çağırışlarının mövcud olduğu hazırkı dönəmdə, Prezidentimizin fikirləri xüsusilə əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslandığını vurğulayan ölkə başçısı, dövlətlərarası münaqişələrin həllində ikili standartlara və seçici yanaşmaların yolverilməz olduğunu qeyd etmiş və torpaqlarımız işğal altında olduğu zamanda beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkmişdir. Prezident İlham Əliyev bu məsələnin qlobal əhəmiyyət daşıdığını bildirərək, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələrin davam edəcəyini və yenilərinin meydana çıxacağını bildirmişdir.Azərbaycanın AQEM-də fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki: “İki il ərzində sədrliyi müddətində ölkəmizin bu platformanın gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür, üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.Z. Şükürov qeyd edib ki, Hazırda təsisatda transformasiya prosesi gedir və AQEM-in beynəlxalq təşkilata çevrilməsi, eyni zamanda müvafiq hüquqi bazanın formalaşdırılması istiqamətində səylər davam etdirilir. Azərbaycanın sədrliyinin 2028-ə qədər uzadılması bu prosesin səmərəliliyi və davamlılığı baxımından önəm kəsb edir. Həmçinin, beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, regional və qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində ölkəmizə inam və etimadın davamlı olaraq yüksəlməsi də, sədrliyimizin yekdilliklə dəstəklənməsinə səbəb olmuşdur. Bu xüsusda, 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyimizi, 2024-cü ildə COP29-a ev sahibliyimizi, 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının zirvə görüşlərini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını qeyd edə bilərik.İnanırıq ki, ölkəmizin davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət kursu çərçivəsində, digər beynəlxalq və regional təşkilat və platformalarda uğurlu fəaliyyəti AQEM-ə sədrliyimiz dönəmində də davam etdiriləcək və qarşıya qoyulan hədəflərə nail olacağıq.
Bu gün
2900 xəbər bu gün
Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib. Mundialın ilk günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb. Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə…
Valeri Gerasimov
Vladimir Zelenski
Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qruplaşması Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərini nəzarətə götürüb.
Azərbaycanın IT təhsili və təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Coders Azerbaijan" beynəlxalq fəaliyyətini genişləndirərək Afrika bazarında yeni texnoloji layihəyə…
Romada məktəblilər etiraz aksiyası zamanı İtaliya Təhsil Nazirliyinin binasına fişənglərlə hücum edərək, nazirlə görüş tələb ediblər. Etirazçılar nazirliyin önündə “biz bomba yox, daha çox sinif otağı istəyirik” şüarını…
Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yoluxan dörd nəfər xəstəxanaya yerləşdirilib.Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Məlumata görə, tibb işçiləri həmin şəxsləri Krasnoqvardeyski…
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə qurumun üzvlərini təbrik edib. Təbrik məktubunda 1996-cı ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə…
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım…
Mülki-hüquqi münasibətlərdə ən çox qarşılaşılan problemlərdən biri vətəndaşların sənədlərin məzmunu ilə tanış olmadan onlara imza atmasıdır. Gündəlik həyatda, istər kredit, istər alqı-satqı, istərsə də xidmət…
“Environmental Protection First” koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf…
Xalq artisti Alim Qasımovun illər əvvəl iştirak etdiyi toy mərasimindən arxiv görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Görüntülərdə xanəndənin məclisdəki canlı ifası diqqət çəkib. Onun özünəməxsus ifa tərzi və…
Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyinin “Minasız dünya” beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. Sərgi Avstriyadakı Azərbaycan Evinin…
Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib. SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər. "Gənclik...
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevə hələlik baş çəkməyib". Bu barədə... Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini… Türk dünyasından Azərbaycana növbəti dəstək
Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a…
Bakı. Trend: Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib. "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb…
Həddindən artıq iş, daimi gərginlik və vaxt çatışmazlığı bir çox insanın gündəlik həyatının adi hissəsinə çevrilib. The Guardian qəzetinin məlumatına görə, yeni araşdırma uzun iş saatları ilə müxtəlif ölkələrdə onilliklə
Əkiz bacılar Sevil və Sevinc son günlər görünüşlərindən narazı olduqlarını bildiriblər. Bacılardan biri sosial şəbəkədə bu barədə paylaşım edib. Bu nədir belə? Bu qızın beli 63 santimetr ola-ola bu görüntü necə alınır? A
Ukrayna ilk dəfə "Qazprom"un Surqutdakı zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri oktyabrın 16-da günortadan sonra dronlarla Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqraya hücum edib. Hücum nəticəsində Surqut rayonundakı sənaye obyektində güclü yanğın baş verib. Xarici…
Ukrayna yaxın vaxtlarda ilk İsveç istehsalı olan “Gripen” qırıcılarını almalıdır. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə Brüsseldə keçirilən görüşdən sonra…
Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”a qalib gəlib. SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər. “Gənclik şəhəri” təmsilçisinin…
Rusiyanın Sankt-Peterburq şəhərində dörd nəfər meymunçiçəyi xəstəliyi ilə xəstəxanaya yerləşdirilib. Bu haqda “Mash” teleqram kanalı məlumat yayıb. Tibb işçiləri həmin dörd nəfəri Krasnoqvardeyski rayonundakı bir…
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub. News24.az bildirir ki, bu barədə Türkiyə…
Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.
"Meyvə-tərəvəz bazarında son bir ayda bütün məhsullar üzrə eyni qiymət dinamikası müşahidə olunmayıb. Xiyar, pomidor, bibər, badımcan, kök, soğan və kartof bahalaşdığı halda, alma, armud, üzüm, kivi və kələm kimi…
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin sülh yolu ilə həllinə can atmadığı barədə fikirləri ilə razılaşır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini…
Astroloqların proqnozlarına görə, Buğa və Oxatan bürcləri üçün maddi yüksəliş və böyük qazanc imkanları yarana bilər. Bu bürclərin gözlənilməz gəlirlər və uğurlu maliyyə qərarları sayəsində sərvətlərini artıracaqları…
Paytaxtın Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu…
Президент Узбекистана Шавкат Мирзиёев заявил о планах построить в стране вторую и третью атомные электростанции. «Мы начали строительство первой атомной электростанции. У нас есть планы...
В столице Перу Лиме состоялась торжественная церемония открытия карабахского ковра, который посольство Азербайджана в Перу передало в дар Музею Метрополитен Лимы, действующему при муниципалитете города. Мероприятие было…
Azərbaycan Respublikası ilə Peru Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Peru Respublikasındakı Səfirliyi tərəfindən Lima şəhər meriyasının…