Azərbaycanın Aİ-92 benzini ixrac və idxal etdiyi ölkələr

Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484,3 ton Aİ-92 markalı avtomobil benzini ixrac edib. Day.Az Dövlət Statistika Komitəsinin xarici ticarət göstəricilərinə əsasən, ötən ilin eyni dövründə ölkədən 6,1 min tona yaxın benzin ixrac edilib.