Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti 2029-cu ilədək uzadılıb

Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi müddəti 2029-cu ilə qədər uzadılıb. AZƏRTAC-a istinadən, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.