Kənd tibb məntəqələrinə müasir tibbi müayinə köşkləri qoyulur

TƏBİB kəndlərdə ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artırmaq və əhalinin yaşadığı əraziyə yaxın tibbi müayinələrdən keçməsinə şərait yaratmaq məqsədilə kənd tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz olunmasına başlayıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.