Azərbaycanın dövlət və media resursları DDoS hücumlarına məruz qalıb

13-15 oktyabr tarixlərində Azərbaycanın dövlət qurumlarının, media təşkilatlarının, xaricdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resurslarına qarşı paylanmış xidmətdən imtina (DDoS) hücumları həyata keçirilib. Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.