Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.Sənəddə vurğulanıb ki, məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir. Bu məqsədlə son 20 ildə mərhələli şəkildə əvvəlcə pensiya təminatının, sonra isə pensiyaların artırılmasının şəxsin əmək haqqı ilə əlaqəsi ləğv edilmiş, pensiya məbləğinin toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsinə, pensiyaların artırılmasının isə vahid - indeksasiya metodu əsasında həyata keçirilməsinə başlanılıb.Bu yanaşmanın tətbiqi pensiyaçıların sosial rifahının güclənməsinə səbəb olmuş, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılması üçün təminat yaradıb, habelə dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının möhkəmlənməsinə müsbət təsir edib.Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əmək haqlarına bağlı olan ödənişlər qalmaqdadır ki, bu da dövlət sektorunda əmək haqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Məhz növbəti addım olaraq, dövlət sektorunda həyata keçirilən əmək haqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.Qanun layihəsinə əsasən, dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakıları özündə ehtiva edir:Qeyd olunduğu kimi, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əmək haqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə dövlət məvacibi (əmək haqqı) arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşır. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.Beləliklə, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərlik aradan qalxacaq. Pensiya və pensiya əlavəsinin proaktiv təyinatı imkanı yaranacaq, sözügedən şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya təyinatı həyata keçiriləcək.Sənədə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı şəkildə izah edilir:Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır.Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.Eyni zamanda, pensiya məbləği ilə yanaşı mövcud qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.Layihədə vurğulanıb ki, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı kimi izah edilir:Hazırda təyin olunmuş əmək pensiyaları məbləğindən asılı olmayaraq, hər il ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bərabər qaydada indeksləşdirilir. Eyni zamanda sığortaolunanların fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalları ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.Mövcud mexanizm yüksək pensiya alan şəxslərin pensiya məbləğlərinin daha böyük sürətlə artmasına səbəb olur. Bu səbəbdən əmək pensiyalarının məbləğinin və pensiya kapitallarının vahid rəqəmlə deyil, diferensial formada indeksləşdirilməsi təklif olunur.İslahat nəticəsində yüksək pensiyalara və yüksək pensiya kapitallarına fərqli yanaşılacaq, aşağı məbləğdə pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək.Sənəddə vurğulanıb ki, qeyd olunan dəyişikliklər nəticəsində dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığı daha da güclənəcək, aşağı məbləğli pensiyaların artmasına, o cümlədən minimum pensiya məbləğlərinə mütəmadi olaraq yenidən baxılması və artırılmasına imkan verəcək.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bu gün
568 xəbər bu gün
Продление председательства Азербайджана в Совещании по взаимодействию и мерам доверия в Азии (СВМДА) до 2028 года свидетельствует о доверии государств-членов к Баку и открывает дополнительные возможности для укрепления…
Bakıda qayınana gəlinini döyüb. Modern.az-a istinadən, hadisə Sabunçu rayonu ərazisində baş verib.46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub…
Birinci vitse-prezident
Hazırlıq
Bred Kuper
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. Yenicag.az-ın məlumatına görə, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125…
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. Sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına…
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu…
Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq. Son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk…
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Paylaşımda…
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət…
Məşhur kahin Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən proqnozları yenidən gündəmə gəlib. Həmin iddialar arasında III Dünya müharibəsinin baş verməsi, Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma və Rusiyada…
Azərbaycan Basketbol Liqasında III tura bu gün start veriləcək. Ilk oyun günündə iki qarşılaşma baş tutacaq. "Naxçıvan" "Gəncə" ilə, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. Milli Gimnastika Arenasındakı görüşlər müvafiq…
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Misli Premyer Liqasında 8-ci tur davam edir. Turun mərkəzi matçında “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Qeyd e
Şahdağ Milli Parkının İsmayıllı bölməsində yerləşən Qaranohur gölünün təbiəti hər payız fəslində olduğu kimi yenə də sehrə çevrilib. “Qafqazinfo” x
Təl-Əvivə uçuş zamanı kabinədə ikinci pilotun balta ilə hücumuna məruz qalan "Flydubai" aviaşirkətinin kapitanı, hindistanlı pilot Smit Maçar yaşadığı dəhşətli anlar barədə ilk dəfə danışıb. Redaktor.az "Sky News…
Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində şəhərin bir neçə ərazisində, o cümlədən Sankt-Peterburq...
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə Litvanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım... NYT: ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün hazırlanacaq sülh razılaşmasının bir hissəsi kimi Avropa ölkələrinin Rusiyadan təbii qaz alışını bərpa etməsini təklif edib. Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - FOTO
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəkərdən imtina etdikdə orqanizmdə baş verən 7 dəyişiklik
Əlavə edilmiş şəkərdən imtina yalnız çəkiyə deyil, bütövlükdə orqanizmin fəaliyyətinə də təsir göstərə bilər. İlk günlərdə hansı dəyişikliklər baş verir və zaman keçdikcə hansı faydaları müşahidə etmək mümkündür? Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO
Bir çox tanınmış ulduzların konsertlərini təşkil edən məşhur təşkilatçı Eyyub Hüseynzadə daha bir möhtəşəm musiqi gecəsinə imza atıb. Bu dəfə onun təşkilatçılığı ilə Türkiyənin sevilən müğənnisi Ferhat Göçer Heydər… Bakıda 2 klubun azarkeş qrupları toqquşdu - VİDEO
"Qarabağ"-“Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər saxlanılıb. Bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə… Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: 2 nəfər həlak oldu
Rusiya silahlı qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, daha beş nəfər yaralanıb. Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Hücumlar zamanı dron və idarəolunan aviasiya… "Allahım, bizi Sənin göstərdiyin doğru yola yönəlt!.."
İnsan bəzən bir ömür yol gedir, amma hara getdiyini bilmir; bəzən də doğru yolu tanıyır, lakin nəfsinin, tamahının, qəzəbinin, dünya adlı bu keçici mənzilin aldadıcı cazibəsinin qarşısında istiqamətini itirir. Ən…
Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась в соцсетях публикацией по случаю 18 октября – Дня восстановления независимости. Восемнадцатого октября 1991 года Верховный Совет Азербайджанской Республики...
Азербайджан отмечает шестую годовщину освобождения Худаферинского моста и прилегающих территорий Джебраильского района от армянской оккупации. Восемнадцатого октября 2020 года азербайджанская армия освободила древние…
Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ağciyərindəki kütlənin çıxarılması üçün keçirdiyi əməliyyatdan sonra Romadakı Gemelli Xəstəxanasından evə buraxılıb.
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra benzinin qiymətinin əvvəlkindən də aşağı səviyyəyə enəcəyini bildirib.
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yedək gəmisi iki naməlum mərmiyə tuş gəlib, nəticədə bir nəfər xəsarət alıb. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO)…
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd olunub ki, yanğının genişlənməsinə, o cümlədən…
ABŞ Prezidenti Donald Trampın Moskva ilə bağlı məhdudlaşdırıcı tədbirləri sərtləşdirməkdən imtina etməsi Konqres üzvlərinin, o cümlədən Respublikaçılar Partiyasının nümayəndələrinin narazılığına səbəb olub. Xarici KİV-ə…
Kürdəmirdə qatar kişini vurub. Hadisə Təklə kəndi ərazisində qeydə alınıb. Qatar 50 yaşlı Vüqar Şahverdiyevi vuraraq öldürüb. Araşdırma aparılır. ...