Azərbaycanda məktəblərə hicablı şagirdlərin buraxılmamasına etiraz olaraq keçirilən aksiyalarda saxlanılanlardan bir neçəsinin inzibati qaydada həbs olunduğu bildirilir. Həmin şəxslərə 10, 25 və 30 sutkalıq cəzalar verilib.
Yerli medianın yaydığı məlumatlara görə, insidentlərin əksəriyyəti Abşeron rayonunda, xüsusilə Ceyranbatan qəsəbəsində qeydə alınıb. Eyni zamanda Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da bənzər hadisələrin yaşandığı vurğulanır.
Buna baxmayaraq, ümumilikdə neçə nəfərin saxlanıldığı, onlardan neçəsinin inzibati həbsə məhkum edildiyi və hansı maddələrlə…