Fərid Namazov "İmişli"nin baş məşqçi postundan rəhbərliklə fikir ayrılığı yarandığı üçün vidalaşıb.
Bunu "Report"a açıqlamasında 34 yaşlı mütəxəssis özü bildirib.
O, bölgə təmsilçisindən ayrılmasının səbəblərini izah edib:
"Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq. Ayrılmaq qərarını özüm verdim, istirahət etmək istəyirəm. Rəhbərlik tərəfindən işimə müdaxilə edilməsi məsələsi yanlışdır. Belə bir hal yaşansaydı, orada ümumiyyətlə işləməzdim. Heç vaxt belə bir halın yaşanmasına imkan vermərəm. Yox, rəhbərlik nəticələrdən narazı qalıbsa, gəlin baxaq. Uduzduğumuz…