Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard buna liqa mərhələsinin II turunda Fransanın "Lans" klubunu 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında fərqlənməklə nail olub.
Səfər görüşünün 22-ci dəqiqəsində hesabı açan L.Suares Çempionlar Liqasında "Sportinq"in heyətində 7-ci qolunu vurub. O, bununla da daha əvvəl hesabında 6 qol olan Liedson, Fransişku Trinkan və Viktor Dyekereşi geridə qoyaraq…