ABŞ Rusiya dizel yanacağını altı ay müddətinə sanksiyalardan azad edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən müvafiq lisenziyada deyilir.Sənəddə deyilir: "7 aprel 2027-ci il Şərqi Gündüz Vaxtı ilə saat 00:01-ə qədər Rusiya mənşəli dizel yanacağının satışı, çatdırılması, boşaldılması və ya idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir".Qeyd olunur ki, ABŞ-a idxala da icazə veriləcək.Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə ABŞ-a genişmiqyaslı dizel yanacağı tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlamışdı. "Rusiyanın dərhal ABŞ və qlobal bazarlara 300.000 tondan çox dizel yanacağı tədarük edəcəyi barədə razılıq əldə edilib", - deyə o bildirib.Jalə