Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək sessiyasında və Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.
Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tariximədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.
Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri…