Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
"Report" xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra İşçi Qrupun əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən…