Hafiz Paşayev: ADA Universiteti gənc mütəxəssislər nəsli yetişdirib

ADA Universiteti bu gün Azərbaycanın aparıcı şirkətlərində çalışan gənc liderlər və mütəxəssislər nəsli yetişdirib.

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən "CAMCA-2026" Regional Forumu çərçivəsindəki panel müzakirəsində deyib.

Onun sözlərinə görə, universitet məzunlarının iri şirkətlərin, o cümlədən "Böyük dördlük" şirkətlərinin fəaliyyətində iştirakı ADA Universitetində təhsilin yüksək keyfiyyətindən xəbər verir.

Rektor qeyd edib ki, universitet həmçinin Azərbaycanın iqtisadi və biznes inkişafına öz töhfəsini qiymətləndirməyə çalışır.

H.Paşayev, CAMCA-nın region ölkələrinin birləşməsindəki rolunu da vurğulayıb.

O, həmçinin qeyd edib ki, CAMCA regionun inkişafına kömək etməyə yönəlmiş fəaliyyətini davam etdirməlidir: "Bir neçə il əvvəl CAMCA bizim universitetimizdə tədbir keçirmişdi - bu, 2018-ci ildə idi. Mən sizi sizin üçün münasib vaxtda yenidən universiteti ziyarət etməyə dəvət edirəm".