Azərbaycanın şanlı Zəfərindən sonra fəaliyyət ölkənin ərazi bütövlüyünün tam bərpasına istiqamətləndirilmişdi.
Bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib ki, bir gün belə ara vermədən, bu şərəfli missiyanın həyata keçirilməsində bir gün də istirahət edilmədi. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində bir neçə cəbhədə fəaliyyət göstərilib.