Müzakirəmizə təqdim olunan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunu qəbul edərkən, Avropada qarşılıqlı hüquqi yardım sistemindən üzv dövlətlərin bərabər istifadə imkanlarına diqqət yetirməyə ehtiyac var. Azərbaycan hüquq-mühafizə orqanlarının sənədi ratifikasiya edən dövlətlərə göndərdiyi müraciətlərin neçə faizi icra olunur, hansı sayda sorğu cavabsız qalır və yardım göstərilməsindən imtinaların hüquqi əsasları nədir? Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın ‘qarşılıqlı yardım’ prinsipi formal xarakter alır. Ölkəmizə hərbi meydanda məğlub olan qüvvələr mübarizəni informasiya müstəvisinə keçiriblər. Prezident İlham Əliyev dəfələrlə çıxşlarında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və “deepfake” əsaslı hücumların “dayanmadan artdığını” xüsusi vurğulayıb. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə xarici hücumların ideoloji xarakter daşıdığını, onların dövlət quruluşunu sarsıtmağa, ictimai həmrəyliyi pozmağa, yad narrativ və dəyərləri aşılamağa yönəldiyini vurğuladı. Dövlət başçısı təhlükəsizlik orqanlarının qarşısında konkret vəzifə qoydu: zəif yerlərimizi, bizə zərər vurmağa çalışan yad ünsürlərin hansı “pəncərələrdən” nüfuz edə biləcəyini müəyyənləşdirmək lazımdır. 2024-cü ildə də Parlamentdə bildirmişdik ki, xaricdən zorakılığa, terrora və konstitusiya quruluşuna qarşı cinayət xarakterli çağırışlar hüquqi baxımdan cavabsız qalmamalıdır. Dövlət himayəli casus qüvvələr, milli və sosial simasını itirmiş şəxslər haqlı mövqeyimizi fiziki zorakılığa çağırış kimi qiymətləndirib aylarla beynəlxalq təşkilatlara şikayət etdilər. Halbuki özləri hər gün dövlət adamlarına və Qələbəmizə qarşı linç kampaniyası aparırlar. İki gün əvvəl Strasburqda mühacir şəbəkəsinin 1-ci Konqresi keçirildi. Yəni, xarici mərkəzlər daha sistemli maliyyə və siyasi yardımla ölkəmizi ləkələnməsini intevsivləşdirəcəklər.Azərbaycan Respublikasının Baş prokurorluğu konkret şəxslərin əməllərinin istintaqını həyata keçirərək, qiyabi məhkəmə qərarları çıxarıb. Fransada deputat Natali Luazo və digər siyasilərin əli ilə himayə və idarə olunan Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə hökm çıxarılıb və o 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tural Sadıqlı və cinayət işi üzrə digər şəxslərə qarşı isə 178.3.1, 214-2 - terrorçuluğa açıq çağırışlar, 220.2, 281.2 və 320.1-ci maddələr üzrə ittihamlar irəli sürülüb. Lakin Avropada qaçqınlıq və mühaciər statusu altında həmin şəxslərin toxunulmaz elan edilərək,güclü qorunma altında fəaliyyətlərini davam etdirirlər.Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik. Avropa hüquq sistemində 1959-cu il Konvensiyasının əsas tələbi tərəflərin cinayət işləri üzrə bir-birinə mümkün qədər geniş yardım göstərməsidir. Cəmi bir neçə gün öncə ölkə başçısı fransız vətəndaşını əfv edərək onu azadlığa buraxdı və beynəlxalq hüquqi prinsiplərə ehtiramını nümayiş etdirdi. Halbuki Merkorma şirkətinin çətiri altında indi bağışlanan şəxs ölkəmiz əleyhinə casusluq fəaliyyəti göstərmiş, məhkəmə hökmünə əsasən ətrafına daha çox şəxsləri cəlb etmək üçün gizli sövdələşmələr aparmışdı. Fransa Xarici İşlər Nazirliyi 23 sentyabrda prezidentin addımını “humanitar jest” adlandırıb və Azərbaycan tərəfinə təşəkkür edib. Lakin hüquqi əməkdaşlıq birtərəfli ola bilməz. Əgər hər gün bir ölkənin ərazisi digərinə qarşı zorakılıq, terror, kütləvi iğtişaş törətmək və ya konkret şəxsə qarşı cinayətə çağırışlara çevrilirsə, onu “ifadə azadlığı” kimi qiymətləndirmək olmaz, əksinə ABŞ-ın qanunvericiliyi konkret cinayətlər üzrə eksterritorial yurisdiksiya prinsipi ilə hərəkət edir.Ona görə də ölkəmizdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və aidiyyəti təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycan Respublikasına qarşı xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər, beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında xüsusi hesabatın hazırlanmasına ehtiyac var. Sənəddə son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, onların neçə faizinin icra edildiyi, neçə sorğunun cavabsız qaldığı, imtinanın hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi vəziyyəti, axtarışda olan şəxslərlə bağlı görülmüş tədbirlər ayrıca göstərilə bilər.Eyni zamanda Avropa Şurası qarşısında da məsələ qaldırıla bilər ki, qarşılıqlı hüquqi yardım Konvensiyasının tətbiqinə dair ölkələr üzrə real göstəricilər daha şəffaf olsun. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır.Azərbaycan prokurorluq orqanlarını mühüm beynəlxalq hüquqi alətlərdən daha fəal istifadə etməyə çağırırıq.Zahid OrucMillət vəkili
Bu gün
2697 xəbər bu gün
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb. Yenicag.az paylaşımı təqdim edir:
İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Bu barədə İsveç Krallığı Hökumət Aparatının yaydığı press-relizdə…
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusar rayonunda leysan və güclü sel nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir. AAYDA-dan Yenicag.az-a…
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya Baş nazirinin müavini Aleksandr Novakla energetika sahəsində ikitərəfli layihələrin həyata keçirilməsini, atom enerjisi və karbohidrogenlər…
Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən Bakı metrosunun "Əhmədli" stansiyasından bu…
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. Paylaşımda “Bizim öz yolumuz var, bizim öz…
Dron hücumları Moskva hava limanlarında uçuşları iflic edib. Moskvadakı Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında gecə saatlarında tətbiq edilən uçuş məhdudiyyətlərindən sonra 106 reys gecikir…
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. Redaksiya xəbər verir ki, paylaşımda “Bizim öz…
2026-cı il oktyabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirildi.
"2027-ci ildə manatın məzənnəsinin sabit qalmasına təsir göstərən əsas amillərdən biri dünya bazarında neftin qiyməti olacaq. Neftin bahalaşması ölkəyə daxil olan valyutanın həcmini artırdığı halda, qiymətlərin aşağı…
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.
Avstriyanın paytaxtı Vyanada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Nizami: Daxili aləm” (“Nizami: Eternal Inspiration”)...
Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Təbrik mətnində deyilir:"Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi…
Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib. O bu barədə "X" sosial media hesabında yazıb.C.Çiftçi paylaşımlarının…
Глава государства посетил вспомогательный пункт управления объединенной группировки войск.
В Харьковской области полностью завершено уничтожение двухтысячной группировки противника, сообщил начальник Генштаба РФ Валерий Герасимов.
Турецкий журналист Джелал Чифтчи, объявленный Азербайджаном в международный розыск, принес извинения государству и народу страны за свои публикации. Соответствующее обращение он опубликовал в социальной сети...
Доброполье находится под полным контролем российских войск, доложил президенту России Владимиру Путину глава Генштаба Валерий Герасимов. Герасимов назвал Доброполье одним из основных узлов обороны Вооруженных...
"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf…
Belçikada şirkətlərə qarşı kiberhücumların sayı artmaqda davam edir. AZƏRTAC xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Belçikanın Kibertəhlükəsizlik Mərkəzi (CCB) bu cür insidentlərlə bağlı 588 müraciət qeydə alıb.
Узбекистан подготовил 128 новых нефтегазовых блоков для иностранных инвесторов, тогда как SOCAR и bp ведут геологоразведку на шести блоках в Устюртском регионе, заявил Президент Шавкат Мирзиёев на встрече с инвесторами…
Срок финансирования мероприятий, связанных с социальной защитой и социальным обеспечением лиц с инвалидностью и семей шехидов за счет средств государственного обязательного личного страхования, продлен до 2029 года. Как…
Предстоящее футбольное дерби между "Карабахом" и "Нефтчи" вызывает повышенный интерес болельщиков. На фоне обострившейся борьбы за лидерство в Мисли Премьер-лиге Азербайджана продажа билетов на матч восьмого тура идет…
Bijuteriya gündəlik həyatda geniş istifadə olunan aksesuarlar sırasındadır. Üzük, sırğa, boyunbağı, qolbaq və saat kimi məhsullar görünüşümüzə gözəllik qatsa da, onların tərkibindəki bəzi maddələr sağlamlıq üçün təhlükə…
Samet Aybaba
Konstitusiya Məhkəməsi
Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb. Yerli məhkəmə belə qərar qəbul edib. Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti…
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb.
Azərbaycanın IT təhsili və təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Coders Azerbaijan" beynəlxalq fəaliyyətini genişləndirərək Afrika bazarında yeni texnoloji layihəyə…
Türkiyənin Kayseri şəhərində türk dünyası şair və yazıçılarının II Talaş toplantısında bəyanat qəbul olunub.
Azərbaycanda məhkum ölüb. Lent.az-a istinadən, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Belə ki, 68…
Azərbaycanda qida məhsullarının topdan və pərakəndə distribusiyası ilə məşğul olan “UNİVERSAL-SVS” MMC 1500 manat cərimələnib. Qaynarinfo-nun…