Zimbabvenin Marondera şəhəri ətrafında helikopter qəzasında 6 nəfər ölüb.
"New Zimbabwe" portalına istinadən, bu barədə Zimbabvenin İnformasiya və Yayım Xidmətləri Nazirliyinin katibi Nik Manqvana bildirib.
Onun sözlərinə görə, helikopterin göyərtəsində tanınmış biznesmen Viknell Çivayo, eləcə də 3 sərnişin və 2 pilot olub.
Yerli polis helikopterin göyərtəsində olan hər kəsin öldüyü təsdiqləyib.
Aviaqəzanın səbəbləri araşdırılır.