Onların hər birinin həyatında Vətənə bağlılıq, torpağa məhəbbət, xalq qarşısında məsuliyyət və fədakarlıq nümunəsi vardır. 2020ci il sentyabrın 27də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq və igidlik göstərərək Vətən qarşısında müqəddəs borclarını yerinə yetirdilər.
44 gün davam edən müharibə xalqımızın yaddaşında qəhrəmanlıq dastanı kimi qaldı. Bu müharibə Azərbaycan xalqının öz doğma torpaqlarına bağlılığını, milli birliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi…