Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, sentyabrın 25-i gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.