Fransa Martin Ryanın əfv edilməsi qərarını alqışlayır. Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.Fransa XİN bunu münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirib.“Bu, Fransanın alqışladığı humanitar bir jestdir”, - qeyd olunub.Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.