Salyanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Qaynarinfo Faktla bağlı araşdırma aparılır.